Rusiya təyyarələri İŞİD-in neft obyektlərini bombaladı
Rusiya təyyarələri Suriya ərazisində neft yataqları olan əraziləri bombalayıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, həmin ərazilərdə neft emal edən obyektlər də zərbələrə məruz qalaraq dağıdılıb.
Aviazərbələr Suriyanın ət-Tura şəhəri yaxınlığındakı ərazilərə endirilib. Bu şəhər İŞİD-in Suriyada özünə "paytaxt" elan etdiyi Rəqqanın 40 kilometrliyindədir.
Rusiya hərbi komandanlığından bildirilib ki, bombardman edilən ərazilər terrorçuların nəzarətində olub və İŞİD bu yataqlardan qanunsuz olaraq külli miqdarda maliyyə əldə edir.
Xatırladaq ki, bu ilin əvvəlindən Rusiya aviasiyası Suriyada 200 neft yatağı olan və neft hasil edilən əraziləri bombalayıb.