Cəlilabadda qanvermə aksiyası keçirildi
Cəlilabadda növbəti qanvermə aksiyası keçirilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad Müalicə və Diaqnostika Mərkəzində reallaşan aksiyada rayonun icra strukturlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət idarələrinin kollektivləri iştirak edib.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən aksiyada məqsəd qan azlığından əziyyət çəkən talassemiyalı uşaqların müalicəsinin aktivliyini artırmaqdan, qan ehtiyatının yaradılmasından ibarət olub.
Aksiya axşam saatlarına qədər davam edib. Toplanılan qan təyinatı üzrə istifadə edilməkdən ötrü Mərkəzi Qan Bankına göndəriləcək.