Balakəndə intihar: özünü bıçaqlayıb xəstəxanadan atdı

Balakəndə xəstəxanada müalicə alan şəxs özünə 30 bıçaq zərbəsi vurduqdan sonra  xəstəxananın ikinci mərtəbəsindən yerə atılıb.

 

APA TV-nin məlumatına görə, hadisə bu gün saat 13:00 radələrində Balakən Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

 

Xəstəxananın terapiya şöbəsində mədə-bağırsaq xəstəliyindən müalicə alan rayonun Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov əvvəlcə bıçaqla qarın boşluğuna və döş qəfəsinə ümumilikdə 30 bıçaq zərbəsi vurub, daha sonra bıçaqla boyun nahiyəsindən nəfəs borusunu kəsib və özünü xəstəxananın ikinci mərtəbəsindən yerə atıb.

 

Z.Hudulov üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv