Abşeronda iki nəfər su quyusunda boğuldu
Abşeron rayonunda faciəli hadisə baş verib. APA TV-nin məlumatına görə, iki nəfər su quyusunda boğulub.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Məmmədli qəsəbəsində 2 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 33 yaşlı Ümid Bəxtiyar oğlu Əliyev və 29 yaşlı Rahim Sahib oğlu Babayev dərinliyi 4 metr olan su quyusunda boğulublar. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ü.Əliyevin və R.Babayevin meyitini quyudan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıblar.