Ermənilər Tərtər və Füzuli istiqamətində mövqelərimizi yenidən atəşə tutdu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.


APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv