Gəncədə yaşayış evi partladı: 2 yaralı

Gəncədə yaşayış evində partlayış olub. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Heydər Əliyev prospektində, bina 93B, mənzil 5-də qeydə alınıb.

 

1960-cı il təvəllüdlü ev sahibi Tahir Nərimanov mənzilin vanna otağının işığını yandıran zaman partlayış baş verib. Hadisə zamanı T.Nərimanovun sifəti və əlləri, 1964-cü il təvəllüdlü həyat yoldaşı Asilə Nərimanovanın isə ayaq     nahiyəsi yanıq xəsarətləri alıb.

 

Qadına ambulator yardım göstərilsə də, T.Nərimanov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Partlayışın vanna otağına qaz sızmasından baş verdiyi bildirilir. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv