Ermənistanda daha bir yüksək rütbəli zabit həbs olundu

Ermənistan Müdafiə Nazirliyinin daha bir yüksək rütbəli zabiti həbs olunub. APA TV-nin məlumatına görə, Ermənistan Hərbi Polisinin Xüsusi əməliyyat xidmətinin əməkdaşları hərbi komissarlıqlardan birinin əməkdaşını saxlayıb.

Saxlanılan şəxsin kimliyi açıqlanmasa da, onun podpolkovnik rütbəsi daşıdığı və yüksək vəzifədə işlədiyi deyilir.

Məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib. O bildirib ki, həbslə bağlı əlavə məlumat veriləcək.
 

 

Müəllif | Apa.Tv
Apa.tv