Neft yenidən bahalaşdı
Dünya bazarında neftin qiyməti ötən günə nisbətən bahalaşma var. APA TV-nin məlumatına görə, birjalarda "Brent" markalı neftin qiyməti 49,70 dollar təşkil edib.
Qərbi Texas neftinin də qiyməti ötən günə nisbətən bahalaşıb. WTİ nefti hazırda 48,84 dollardan təklif olunur.
Ekspertlərin fikrincə, qiymətlərin 50 dollar ətrafında stabilləşməsi OPEK-in bu günə nəzərdə tutulan görüşünədək davam edəcək. OPEK toplantısında quruma üzv ölkələrdə hasilat səviyyəsini azaltmaq məsələsinin müzakirəsi hələ də sual altındadır. Dolların möhkəmlənməsi neftin qiymətinin hələ uzun müddət kəskin artmasını əngəlləyir.