İŞİD-in 130 kiloluq cəlladı edam edildi
İŞİD terror təşkilatının "Buldozer" ləqəbli kürd cəlladı Əsəd qüvvələri tərəfindən ələ keçirilib.
APA TV-nin xəbərinə görə, 130 kiloluq cəlladı hərbçilər soyunduraraq kiçik yük avtomobilinə qoyub, edama aparıblar.
Kürd əsilli cəllad silahsız insanları, uşaqları amansız şəkildə edam edən biri kimi tanınırdı. "Buldozer" İŞİD-in bir çox təbliğat videolarında cəlladlıq edib və dünya tərəfindən tanınırdı.
Terrorçunun yaşının 20-dən çox olduğu bildirilir. Məlumat Suriya jurnalistləri tərəfindən tirajlanıb.