Səudiyyə hasilatı azaltmağa razılıq verdi

Səudiyyə Ərəbistanı neft emalı həcminin azaldılmasına razılıq verib. APA TV-nin xəbərinə görə, bu barədə ilkin məlumatı "The Wall Street Journal" yayıb.

Bu addımın reallaşdırılması yolunda əsas maneə olaraq Birləşmiş Ərəb Əmirlikləri dayanır. Belə ki, BƏƏ yalnız İran tərəfinin analoji addım atacağı təqdirdə hasilatın məhdudlaşdırılması haqqında razılaşmaya imza atacağını açıqlayıb. Bununla belə, rəsmi ər-Riyad bu addımı atmaq üçün şərt olaraq neftin hasilat həcminin sutka ərzində 32,5 milyon barelə çatdırılması məsələsini ortaya qoyub.

Bu addımın atılması Səudiyyə Ərəbistanına bir qədər yoxsul OPEK üzvləri ilə əlaqələri bərpa etməkdə yardım etmiş olacaq. Təşkilatın bəzi üzvləri krallığın aprel danışıqlarının dondurulmasında oynadığı roldan hiddətlənib. Bildirilir ki, əldə olunacaq razılaşmanın Ər-Riyaddan neftin rekord səviyyədəki emal həcminin azaldılmasını tələb etməyə biləcəyini də istisna etmir.

Bununla belə, OPEK üzvü olan ölkələr arasında neft emalına tətbiq olunacaq limitin müəyyən edilməsi məsələsində ciddi fikir ayrılıqları mövcuddur. Məhz bu səbəbdən də danışıqların nəticəsiz başa çata biləcəyi ehtimalı da aktuallığını qorumaqdadır.

Qeyd edək ki, sammit bu gün - iyunun 2-də Vyanada keçiriləcək. Sözügedən sammitdə quruma üzv olan 13 ölkənin nümayəndələri iştirak edəcək.

Müəllif | Apa.Tv
Apa.tv