Gədəbəydə ər-arvad amansızlıqla qətlə yetirildi - YENİLƏNİB

Gədəbəydə ahıl ər və arvad öldürülüb. APA TV-nin qərb bürosunun məlumatına görə, qətl hadisəsi rayonun Söyüdlü kəndində qeydə alınıb.

 

Kənd sakini, 74 yaşlı Səyyad Ələsgərov və onun həyat yoldaşı, 88 yaşlı Bəsti Alıyevanın üzərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə aşkarlanıb. Meyitləri ilk olaraq qızları Rəna Kərimova görüb.

 

Onun dediyinə görə, hər gün gəlib valideynlərinə baş çəkib. Dünən səhər saat 9:00-da gələndə isə atasını və anasını evin birinci mərtəbəsində, yataq otağında qətlə yetirilmiş halda görüb.

 

Mərhumların 3 qız, 1 oğlan övladları var. Hər biri ailəlidir və ayrıca yaşayır. Səyyad Ələsgərovun oğlu Rəfail Alıyev bildirib ki, valideynlərinin heç kəslə şəxsi qərəzliyi olmayıb. Qətlin tamah məqsədilə törədilməsinə isə heç kəs inanmır.

 

Qohum-qonşuları da ahıl insanların sakit, heç kəslə işləri olmadıqlarını, hamıya yaxşılıq etdiklərini bildiriblər.

 

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv