Bakıda həftənin son valyuta hərracı - NƏTİCƏ
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsait 13 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.