Bakı xəstəxanasında intihar: xəstə özünü atdı
Bakıda intihar hadisəsi baş verib. Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.
Xəstəxanada müalicə alan Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Qoşqar İsrail oğlu Əsgərov özünü xəstəxananın 5-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.