Hacıqabulda 2 nəfəri avtomobil vurdu, onlardan biri öldü
Hacıqabulda 2 nəfəri avtomobil vurub, onlardan biri ölüb digəri isə ağır yaralanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu Qarasu kəndi ərazisində piyadaların vurulnası ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Hundai” markalı avtomobil yolu keçən Hacıqabul sakini, 1962-ci il təvəllüdlü Nəbiyev Oktay Burxan oğlunu və Kürdəmir rayonu, Sığırlı kənd sakini, 1986-cı il təvəllüdlü Burxanov Vüsal Binətçi oğlunu vurub. Hər iki yaralı kəllə-beyin travması və müxtəlif dətrəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Oktay Nəbiyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Vüsal Burxanovun vəziyyətinin isə çox ağır olduğu bildirlir.
Ölən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi ekspertiza və Pataloji Anatomiya mərkəzinə təhvil verilib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.