Almaniya "erməni soyqırımı"nı tanıdı

Almaniya Bundestaqında uydurma “erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsi qəbul edilib.

 

APA-nın xəbərinə görə, qətnamə  “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Qəbul olunan qanun layihəsində Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yönəlmiş cəhdlərin siyasi və maddi olaraq dəstəklənməsinin vacibliyini önə çəkilib, 1915-ci il hadisələrinin baş verməməsi üçün Almaniyanın o dövrdəki hökumətinin susqunluq nümayiş etdirməsi qınanıb.

 

Qanun layihəsini parlamentə Yaşıllar Partiyasının üzvləri təqdim edib. Bundestaqda təmsil olunan bütün partiyalar, o cümlədən Angela Merkelin rəhbərlik etdiyi koalisiyanın üzvləri qanun layihəsini dəstəkləyiblər.  

Müəllif | Apa.Tv
Apa.tv