Bundestaqın qərarına Ərdoğan və Merkel münasibət bildirdi

Almaniya Bundestaqında 1915-ci il qondarma "erməni soyqırımı"nın tanınmasına dair qanun layihəsinin qəbul edilməsinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Keniyada səfərdə olan Ərdoğan bu qərarın Almaniya-Türkiyə əlaqələrinə təsir edəcəyini vurğulayıb.

"Baş nazirlə danışdım. İlk işimiz Almaniyadakı səfirimizi məsələni müzakirə etmək üçün geri çağırmaq oldu. Almaniya parlamentinin qəbul etdiyi qərar Almaniya-Türkiyə münasibətlərinə təsir edəcək. Döndükdən sonra dəyərləndirmə aparılacaq. Necə addım atacağımıza baxacağıq" - deyə o qeyd edib.
 

Almaniyanın baş naziri Angela Merkel də "soyqırım" qərarı ilə bağlı açıqlama verib. Merkel "Almaniyanın Türkiyə ilə münasibətləri güclüdür", - deyə qeyd edib.

 

Merkellə görüşən NATO-nun baş katibi Yens Stoltenberq isə "Türkiyə ilə Ermənistan münasibətlərinin ən qısa zamanda normallaşmasını umuruq", - deyə vurğulayıb.


Xatırladaq ki, bu gün Almaniya Bundestaqında 1915-ci il qondarma "erməni soyqırımı"nın tanınmasına dair qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv