OPEK-in Vyana toplantısında razılıq əldə olunmadı

OPEK-in Vyanada keçirilən toplantısında kartel ölkələri neftin hasilatı ilə bağlı razılığa gələ bilməyiblər.

 

APA TV-nin "Bloomberg"ə istinadən xəbərinə görə, üzv ölkələr bu məsələdə öz maraqlarına uyğun siyasəti davam etdirəcəklərini açıqlayıb.

Hasilata limit tətbiq edilməsi ilə bağlı razılığa gəlinməsə də, bəzi yeniliklər olub. OPEK-in yeni baş katibi postuna Nigeriyadan Mohammad Barkindonun namizədliyi irəli sürülüb. Bundan əlavə, İndoneziyadan Maxendra Sireqar və Venesuelalı Ali Rodrigez də bu vəzifəyə iddia edirlər.

Xatırladaq ki, OPEK-in son toplantısı ötən il dekabrın əvvəlində keçirilib. Həmin toplantıda üzv ölkələr hasilatın sutkada 31,5 milyon barelə çatdırılması barədə razılıq əldə etmişdilər. Buna qədər isə rəsmi kvota 2011-ci ildə gəlinən razılığa əsasən sutkaya 30 milyon barel təşkil edirdi.

Müəllif | Apa.Tv
Apa.tv