Kənddə qurbanlıq qoyunlar - QİYMƏT

Sabirabad rayonunun Şəhriyar kəndindəki bazar həftənin cümə günü axşam saatlarından başlayaraq, səhərə qədər davam edir. Bu bazarı ilkin topdansatış bazarı saymaq olar. Bu bazara kənd əhalisi öz heyvanlarını çıxarırlar. APA TV-nin çəkiliş qrupu bazarda olub. Qurban bayramı ərəfəsində burada qiymətlər heyvanların görkəmindən və cinsindən asılı olaraq, kilosu 8-10 manat və bəzən də 12 manat arasında dəyişir. Elə bu bazarda da işbazlar kəndlilərin heyvanlarını alıb, ikinci əl olurlar. Amma yavaş-yavaş qızışan bazarda satıcılar əsasən, səhər tezdəni gözləyir. Səhər saatlarda paytaxtdan bazara alıcılar gəlir. Onlar da 2-ci və yaxud 3-cü əl olurlar. Qurban bayramı ilə bağlı bazarda canlanma müşahidə olunur.

 

Danaların kilosu paytaxt qəssablarına 7-7,5 manata başa gəlir. Kəndlilər öz heyvanlarını qurbanlıq gününə bəsləyirlər ki, baha sata bilsinlər.

 

Təlabatın çoxalması da qiymətlərin süni artmasına gətirib çıxarır. Beləcə, qurbanlıq qoyunların zəncirvari qiymət artımı bayram ərəfəsində son alıcıısına cox baha başa gəlir.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı