Yağış və sel Avropanı vurdu
Şərqi Avropanı təsiri altına alan güclü yağışlar və sel can almaqda davam edir. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, güclü sel Almaniyanın Bavariya əyalətində azı dörd nəfərin həyatına son qoyub.
Təbii fəlakət bölgəsində işləyən xilasedicilər bir evin zirzəmisində köməksiz vəziyyətdə qalaraq həyatını itirən 3 nəfərin və ağacda asılı vəziyyətdə qalan bir qadının cəsədini tapıblar.
Yağışların səbəb olduğu sel fəlakəti ilə bağlı minlərlə evin elektrik enerjisi kəsilib, çoxlu sayda avtomobil sel sularının altında qalıb.
Güclü yağış Fransada da həyatı iflic edib. Mütəxəssislərin fikrincə, ölkə son 150 ilin ən yağışlı ayını yaşayır. Fransanın Metrologiya Departamenti artan yağış və sel təhlükəsi ilə bağlı həyəcan siqnalı verməyə başlayıb.