Əfsanəvi boksçu Məhəmməd Əli xəstəxanaya yerləşdirildi

Əfsanəvi boksçu Məhəmməd Əli tənəffüsündəki problemlə bağlı xəstəxanaya yerləşdirilib.

 

APA TV-nin “RİA Novosti”yə istinadən xəbərinə görə, boksçunun nümayəndəsi Bob Qannel bildirib ki, Məhəmməd Əli müayinə məqsədilə xəstəxanaya yerləşdirilib və onun həyatı üçün təhlükə yoxdur.

 

Məlumat üçün bildirək ki, əfsanəvi boksçu son illər Parkinson xəstəliyindən əziyyət çəkir. O, ötən ilin dekabr ayında səhhətinin pisləşməsi ilə əlaqədar 3 dəfə xəstəxanaya yerləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv