Bakıda 64 yaşlı kişini maşın vurdu

Ötən gecə Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

 

Yolu keçmək istəyən 64 yaşlı Firuz Ləzgiyevi avtomobil vurub. Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub.

 

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Olay  yerinə polis əməkdaşları gəliblər. Sürücünün axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv