Qobustan sakini özünü asdı, iki Bakı sakini özünü binadan ataraq intihar etdi
Qobustanda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Rasim Tahir oğlu Muradov yaşadığı evin yaxınlığında yerləşən köhnə məktəb binasının birinci mərtəbəsindəki sinif otağında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Daha bir intihar hadisəsi isə Yasamal Rayonunda qeydə alınıb. Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dünən Hüseyn Cavid prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan Nina Aleksandrovna Muradova yaşadığı binanın beşinci mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Lent.az-ın məlumatına görə, üçüncü intihar hadisəsi Nərimanov rayonunda baş verib. Musa Nağıyev küçəsində yaşayan 1968-ci il təvəllüdlü Ağayeva Səidə Müzəffər qızı özünü 9-cu mərtəbədən ataraq intihar edib.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.