Binəli Yıldırım: "Ermənistanın bu gün terror təşkilatlarına qucaq açdığı sirr deyil"

"Ermənilər səhv yoldan geri çəkilmək istəmirlər. Fürsətdən istifadə edərək  Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər". APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyənin baş naziri Binəli Yıldırım Almaniya Bundestaqında erməni lobbisinin təsiri ilə qəbul edilən qanun layihəsinə münasibət bildirərkən söyləyib.

 

O Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini xatırladıb: "Ermənistan işğalçı dövlət statusunu qoruyur. Əvvəllər də ölkəmizə qarşı terror aktlarında birbaşa iştirak etdilər. Erməni terror təşkilatları diplomatlarımızı qətlə yetirdilər. Ermənistanın bu gün terror təşkilatlarına qucaq açdığı sirr deyil. Milyonlarla erməni bu siyasətin əvəzini mərhumiyyətlərlə yaşayaraq ödəməkdədir". 

Müəllif | Apa.Tv
Apa.tv