Kemeron Türkiyəyə sataşdı: "Avropaya çatmalarına 3 min il var"
"Qarşıdakı minilliklərdə Türkiyə Avropa İttifaqının tamhüquqlu üzvü ola bilməz. Bunun üçün Ankara qarşısına qoyulan şərtləri yerinə yetirilməlidir. Həmin çatışmazlıqlar isə saya gəlməzdir". APA TV-nin məlumatına görə, bunu "Sky News" telekanalına müsahibəsində Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.
"Hazırkı vəziyyətdə bu ittifaqda Türkiyəyə yer yoxdur. Onların bu prosesə qoşulma tempi isə onu deməyə əsas verir ki, Türkiyə hələ 3 min il inkişaf etməlidir", - deyə o bildirib.
Bununla belə Kemeron Türkiyə ilə münasibətləri pozmamağa və beynəlxalq məsələlərdə Ankara ilə məsləhətləşmələrin vacibliyini də qeyd edib.
Hökumət başçısı quruma üzv ölkələrə Türkiyə vətəndaşlarına vizasız giriş tətbiq etmək məsələsinə etiraz edib.