Ermənistan Müdafiə Nazirliyinin rəsmisi: "Nazir özü ordu içərisində müharibə aparır"
"Son günlər həyata keçirilən həbslər orduda mövcud problemlərə qarşı sərt müharibə aparıldığını göstərir. Bu müharibəni isə şəxsən müdafiə nazirinin özü aparır". APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan səsləndirib.
O, eyni zamanda bu həbslərin dörd günlük müharibə ilə əlaqəsi olmadığını bildirib: "Bu məsələnin müharibə ilə yalnız bir əlaqəsi var. Müharibə həyatımızın bir hissəsinə çevrilib və sadəcə olaraq, orduda son vaxtlar aparılan islahatlarla eyni vaxta təsadüf edib".
Nazirlik rəsmisi bildirib ki, son illər ərzində əsasən özbaşınalıqların olduğu insan resurslarının idarə edilməsi, o cümlədən təchizat sahələrində xidmət edən bir neçə yüksək rütbəli zabit vəzifəsindən azad edilib.