"Mimino" filminin davamı çəkiləcək

Bu yaxınlarda "Mosfilm" kinostudiyası tərəfindən ekranlaşdırılan və 39 il keçməsinə baxmayaraq hələ də tamaşaçılar tərəfindən sevərək izlənilən "Mimino" filminin davamının çəkilməsi planlaşdırılır.

APA TV-nin məlumatına görə, artıq sözü gedən bu ekran əsərinin istehsalı üçün tələb olunan bütün hüquqlar gürcü iş adamı, bir neçə radiostansiyanı özündə birləşdirən "Fortuna Holdinq"in sahibi Zurab Çiqogidze tərəfindən alınıb və o, çəkilişlərə yaxın vaxtlarda başlanılacağını bildirib. Hazırda isə növbəti ildə premyerası nəzərdə tutulan bu filmi çəkəcək rejissorun seçilməsi prosesi gedir.

"Mimino" ilk dəfə 1977-ci ildə ekranlara çıxıb. Ekran işinin rejissoru Georgi Daneliya, ssenari müəllifləri isə Revaz Qabriadze, Georgi Daneliya və Viktoiya Tokarevadır. Filmdə səslənən musiqilər isə Giya Kançeliyə aiddir. Ekran əsərində baş rolları Vaxtanq Kikabidze, Frunzik Mkrtçyan və Yelena Proklova ifa ediblər.

Qeyd edək ki, bir qədər əvvəl rejissor Georgi Daneliya filmin davamını çəkmək niyyətində olmadığını açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv