Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsində ölənlərdən daha üçünün cəsədi tanındı

Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus “AN 12” yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən daha 3 nəfərin cəsədi tanınıb.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bununla da qəzada ölən 7 heyət üzvünün hamısının cəsədi tanınıb.

 

Hazırda Özbəkistan vətəndaşı Rəşid Rəhmanoviç Şaydanov, Azərbaycan vətəndaşları Altay Oqtay oğlu Abdullayev və Nazim Orucəli oğlu Əsədullayevin cəsədlərinin ailələrinə təhvil verilməsi istiqamətində iş aparılır.

 

Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Beynəlxalq heyət tərəfindən idarə olunan təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Hadisə nəticəsində Ukrayna vətəndaşı olan texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb.

 

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

 

Müəllif | Apa.Tv
Apa.tv