Qarabağda ölən erməni hərbçilərin valideynləri: "Ora ət kombinatıdır"


 

Aprel döyüşlərində ölən erməni hərbçilərin ailə üzvləri hakimiyyətə qarşı aksiyalara başlayıb.

 

APA TV-nin erməni saytlarına istinadən məlumata görə, onlara qeyri-döyüş şəraitində öldürülən hərbçilərin valideynləri də qoşulub.  

Prezident Administrasiyasının qarşısında toplaşan aksiya iştirakçıları vətəndaşları övladlarını hərbi xidmətə göndərməməyə çağırıblar. Etiraz edənlər iqtidarın onlara verdiyi vədlərin yerinə yetirilmədiyini deyiblər.

"Onların dedikləri sabun köpüyüdür. Biz övladlarımızı itirmişik, bunun müqabilində yenə də pis vəziyyətdə yaşayırıq, biz qara gündəyik", - deyə onlar bildirib.
 

Qeyri-döyüş şəraitində ölən əsgər valideynləri isə hadisələrlə bağlı başlanan cinayət işləri məşğul olan istintaqçıları aktyor adlandırıblar.

"Heç bir nəticə yoxdur, günahkarlar, qatillər kimdir? Biz bunu bilmirik. Parlamentdə bu məsələlərlə məşğul olan komissiya isə tamaşadan başqa bir şey deyil", - deyə valideynlərdən biri qeyd edib.

Onlar bildirib ki, Ermənistan ordusunun nə qədər aciz olduğunu aprel döyüşləri sübut edib: "Bizdə ordu yoxdur, ora ət kombinatıdır. Yuxarda oturanlar isə balalarımızın qanına susamış rüşvətxor cəlladlardır

Müəllif | Apa.Tv
Apa.tv