Sabirabadda avtomobil kanala aşdı: bir ailənin 4 üzvü xəsarət aldı

Sabirabadda avtomobil kanala aşıb, bir ailənin 4 üzvü xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb.

 

Sumqayıt şəhər sakini Məhərrəmov Rafiq Qurban oğlunun idarə etdiyi BMV markalı 01 BP 967 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən avtomobilə çırpılıb və yoldan çıxaraq kanala düşüb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Sumqayıt şəhər sakinləri, 1973-cü il təvəllüdlü Məhərrəmova Pərvanə Qurban qızı, 1998-ci il təvəllüdlü Məhərrəmli Elnarə Rafiq qızı və 1973-cü il təvəllüdlü Məhərrəmova Hicran Şövkət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv