Gəncədə hamilə qadın əməliyyat zamanı öldü
Gəncədə hamilə qadın əməliyyat zamanı ölüb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında qeydə alınıb.
1982-ci il təvəllüdlü Gəncə sakini, üç aylıq hamilə olan Aynur Oktay qızı Kərimova özünü narahat hiss etdiyi üçün xəstəxananın ginekologiya şöbəsinə yerləşdirilib. Ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib. Əməliyyat zamanı qadın dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.