Göyçayda qadın KEÇMİŞ ƏRİNİ BIÇAQLADI

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə oktyabrın 11- də Məlikkənd kəndində qeydə alınıb. APA TV-nin xəbərinə görə, kənd sakini, 41 yaşlı  Süleymanova Asudə Arif qızı həyat yoldaşı, 1970-ci il təvəllüdlü Səlimov Ceyhun Məmmədyar oğlunu bıçaqlayıb. Bir neçə bıçaq yarası alan Ceyhun Səlimov Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndiriblər. Zərərçəkənin özünün sözlərinə görə,  səhər saatlarında otbiçən aparatın təmiri üçün həyat yoldaşına deyib ki, evdən 20 manat versin. Qadın etiraz edib və aralarında mübahisə  yaranıb.

 

İki uşaq anası olan Asudə Süleymanova  Məlikkənd kənd tam orta məktəbinin kitabxana müdiridir.  Ceyhun Səlimovun Mingəçevir Psixiatriya Dispanserində qeydiyyatda olduğu bildirilir. Hadisəni törədən qadın tutularaq istintaqa təhvil verilib.  Qadınla kişi bir il öncə məhkəmə yolu ilə boşansalar da, sonradan birgə yaşamağa başlayıblar. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov