Balakəndə narkotik bitkilər becərən şəxslər tutuldu
Balakəndə narkotik tərkibli bitkilərin əkib-becərdirilməsi ilə məşğul olan rayon sakinləri həbs edilib.
Balakən rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri keçirib.
Tədbir nəticəsində rayonun Tülü kənd sakini, 1985-ci il təvəllüdlü Kənan Osman oğlu Orucovun yaşadığı evin həyətyanı sahəsində, qarğıdalı əkilən ərazinin yaxınlığından hündürlüyü 31 sm-dən 48 sm-ə qədər olan iki ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları bitkisi aşkar edilib.
Elə həmin gün rayonun Qazma kənd sakini, 1973-cü il təvəllüdlü Elman Zahid oğlu Şindiyevin yaşadığı evin həyətyanı sahəsindəki istixananın içərisində xüsusi dibçəklərdə əkilmiş hündürlüyü 60 sm-dən 1 m. 30 sm-ə qədər olan 9 ədəd narkotik bitki hesab edilən çətənə kolları aşkar olunub. Hər iki fakt üzrə aşkar edilmiş çətənə kolları bitkiləri ərazidən yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib. Kənan Orucov və Elman Şindiyev tutulub.
Faktla bağlı araşdırma aparılır.