Şabranda dəhşətli qəza: yük maşını ilə avtomobil toqquşdu, ölənlər var

Şabranda ağı yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Bakı-Yalama yolunun 130-cu km-də Şabran rayonu ərazisində yük maşını və avtomobil toqquşub.

Hadisə Gəndob-Yalama yolunun 3-cü kilometrliyində qeydə alınıb. Xaçmaz rayon istiqamətində  hərəkətdə olan Sumqayıt şəhər sakini 28 yaşlı Emin Əhmədovun idarə etdiyi 99 XP 011 dövlət nömrə nişanlı "DAF" markalı yük maşını qarşıdan gələn Ramazan Hüseynovun idarə etdiyi 27 BN 614 dövlət nömrə nişanlı "Ford Transit" markalı avtomobillə toqquşub. Nəticədə "Ford"un sürücüsü Xaçmaz rayonu Nərəcan kənd sakini, 53  yaşlı Ramazan Hüseynov və sərnişini, Xaçmaz rayonu Müzəffəroba kənd sakini, 63 yaşlı Ağarza Bədəlov ölüb.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Şabran Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “Ford Transit"də sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişinin meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv