Göytəpədə zabitin güllələnməsi ilə bağlı AÇIQLAMA!

Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin zabiti Əzizov Asim Əziz oğlunun güllələnməsi ilə bağlı məlumat yayıb. APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Cəlilabad rayonunun Göytəpə şəhərində Dövlət Sərhəd Xidmətinin zabitinin xəsarət alması ilə nəticələnən hadisə barədə qeyri-dəqiq məlumatlar verilib.

 

DSX Mətbuat Mərkəzi bildirir ki, 10 oktyabr tarixində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin zabiti Əzizov Asim Əziz oğlu Cəlilabad rayonunun Göytəpə şəhərində kirayə qaldığı mənzildə qonşuluqda yaşayan Sərdarov Fəxrəddin Umud oğlu ilə aralarında məişət zəminində baş vermiş münaqişə nəticəsində onun oğlu Abbas Sərdarov tərəfindən ov tüfəngindən açılan atəşlə sarğı nahiyəsindən yaralanıb. Yaralı dərhal Bakı şəhərinə təxliyə olunub və üzərində cərrahiyyə əməliyyatı aparılıb. Xəstənin vəziyyəti kafidir.

 

KİV-də zabitin geyim mədəniyyətinə riayət etməməsi barədəki iddialar həqiqətə uyğun deyil.

Müəllif | Apa.Tv
Apa.tv