Neftin qiyməti yenidən ucuzlaşdı
Dünya bazarında neftin qiymətində yenidən ucuzlaşma var. APA TV-nin məlumatına görə, birjalarda "Brent" markalı neftin qiyməti 49,84 dollar təşkil edib.
Qərbi Texas neftinin də qiyməti ötən günə nisbətən ucuzlaşıb. WTİ nefti hazırda 48,86 dollardan təklif olunur.
Qeyd edək ki, iyunun ikisində OPEK-in Vyanada keçirilən toplantısında kartel ölkələri neftin hasilatı ilə bağlı razılığa gələ bilməyiblər. Buna baxmayaraq toplantının səhəri günü neftin qiymətlərində bahalaşma baş verdi. Bu gün isə neft yenidən ucuzlaşıb.