Ukraynada terrorçu yaxalandı, Polşa Rusiya ilə sərhəddə nəzarəti gücləndirdi - NATO SAMMİTİNƏ GÖRƏ

Futbol üzrə "Avro-2016" zamanı Fransa ərazisində terror törətmək niyyətində olan şəxs Ukrayna-Polşa sərhəddində saxlanılıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, saxlanılan şəxsin avtomobilindən 100 kiloqram həcmində partlayıcı qurğu, yüzə yaxın detonator və "Kalaşnikov" markalı bir neçə avtomat silah aşkarlanıb.

Həmin şəxsin aşkar olunan silah-sursatı məhz terror törədilməsi məqsədilə Fransaya göndərmək niyyətində olduğu ehtimal edilir. Hazırda onun Ukrayna ərazisində həbsdə saxlanıldığı bildirilir.

 

Bu arada iyunun 3-dən etibarən Polşa-Rusiya sərhədində təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda hər iki istiqamətdə sərhədi keçmək istəyən vətəndaşlar sərhədçilər tərəfindən ciddi şəkildə yoxlanılır.

 

Polşa rəsmiləri yüksək təhlükəsizlik tədbirlərinin görülməsini ölkədə keçiriləcək NATO sammiti və Ümumdünya Gənclər günü ilə bağlı bayram tədbirlərinin keçirilməsi ilə əlaqələndirib.

 


 


 

Müəllif | Apa.Tv
Apa.tv