Terrorçular Hələbi bombaladı: 40 ölü, 100 yaralı
Suriyanın Hələb şəhəri terrorçular tərəfindən atəşə tutulub. APA TV-nin Rusiya saytlarına istinadən məlumatına görə, Şeyx Maqsud məhəlləsinin atəşə tutulması nəticəsində 40-dan çox dinc sakin qətlə yetirilib, 100 nəfər yaralanıb.
Eyni zamanda məhəllədə yerləşən polis məntəqəsi və yaxınlıqdakı bir neçə yaşayış binası yerlə yeksan edilib.
Qeyd edək ki, Suriyada dinc sakinlərin kompakt yaşadığı məntəqələrin əsasən İŞİD və "ən-Nüsra Cəbhəsi" qruplaşmaları tərəfindən atəşə məruz qaldığı bildirilir.