Dəmryolu zolağında yerləşən 881 EV SÖKÜLƏCƏK

Dəmir yolunun təhkim zolağındakı qeyri-qanuni tikililərin taleyinə aydınlıq gətirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov deyib ki, dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə zonasında torpaq sahələrindən istifadə olunması bölməsində qeyd edilib ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər.

 

Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmi icazə verilə bilər.

 

 Bildirilib ki, bütövlükdə respublika üzrə dəmir yolunun təhkim zolağında 2840 qeyri-qanuni tikili var. Onlardan 538-i qeyri, 2302-si isə yaşayış sahəsidir. Nəqliyyat Nazirliyinin müvafiq komissiyası 881 evin sökülməsini təxirəsalınmaz hesab edib, son qərar Nazirlər Kabineti tərəfindən veriləcək.

Müəllif | Apa.Tv
Apa.tv