Qazaxıstanda xüsusi əməliyyat: 4 silahlı məhv edildi, 7 nəfər saxlanıldı - HADİSƏ ANI
Qazaxıstanın Aktobe şəhərində həyata keçirilən anti-terror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev bəyan edib.
“Aktobe şəhərində həyata keçirilən anti-terror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb. Digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, - deyə DİN rəsmisi bildirib.
Qeyd edək ki, mayın 5-də Aktobe şəhərində “Pallada” silah mağazası və Milli Qvardiyanın hərbi hissəsi hücuma məruz qalıb. Atışma nəticəsində 6 nəfər ölüb. Şəhərdə anti-terror əməliyyatı rejimi elan edilib, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırılıb.