Liviya sahillərində ölən miqrantların sayı 133 nəfərə çatdı

Liviya sahillərində mühacirlərin olduğu gəminin batması nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən xəbərinə görə, Liviya sahil mühafizəçiləri batan gəmini iyunun 2-də aşkar ediblər.

 

Gəminin Zuvara şəhəri yaxınlığında tapıldığı bildirilir. Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib ki, ölənlərin əksəriyyəti müxtəlif Afrika ölkələrindən olan qadınlardır. Həmçinin sudan 5 uşağın meyiti çıxarılıb.

Müəllif | Apa.Tv
Apa.tv