Türkiyədə məktəbliləri daşıyan avtobus su kanalına düşdü: 14 ölü - HADİSƏ ANI

Türkiyənin Osmaniyə şəhərində şagird və valideynləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb.

 

APA TV-nin “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 26 nəfər xəsarət alıb.

 

Dəqiqləşdirilmiş məlumata əsasən, qəzada 6 məktəbli - 3 qız və 3 oğlan ölüb. Avtobusun sürücüsü də daxil olmaqla, daha 7 nəfərin öldüyü təsdiqlənib. İlkin məlumata əsasən, qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.

 

Faktla bağlı araşdırma aparılır. Ölənlərin sayının artma ehtimalı var.

Müəllif | Apa.Tv
Apa.tv