Cəlilabad sakini sərxoş qonşusunu söyüş söydüyünə görə ÖLDÜRÜB!

Cəlilabadda qətl hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 23.00 radələrində rayonun Göytəpə şəhərindəki Savalan küçəsində qeydə alınıb. Şəhər sakini, 39 yaşlı Pərviz Mirağa oğlu Bayramov şəxsi münaqişə zəminində qonşusu, 37 yaşlı Nizar Rahil oğlu Diniyevi özünə məxsus mənzilində bıçaqlayaraq qətlə yetirib.  Rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cinayəti törətmiş şəxsi yaxalayıblar. İstintaqa verdiyi ifadəsində Pərviz Bayramov qanlı olayın qətlə yetirilən Nizarın sərxoş vəziyyətdə onların evinə gələrək, dava-dalaş salmaqla onun ünvanına söyüşlər söyməsi səbəbindən baş verdiyini bildirib. Buna görə, Pərviz mətbəx bıçağı ilə qonşusunu öldürüb. Faktla bağlı Cəlilabad Rayon Prokurluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayyət işi açılıb, araşdırma aparılır.

 

Bu həftənin sonunda Göytəpə şəhərində baş verən ikinci bıçaqlanma hadisədir.

Müəllif | Apa.Tv