Əfqanıstanda 100-dən çox "Taliban" üzvü məhv edildi

Əfqanıstan silahlı qüvvələri sutka ərzində həyata keçirdikləri xüsusi əməliyyat çərçivəsində 100-dən çox "Taliban" üzvünü məhv edib.

 

APA TV-nin "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, əməliyyat ölkənin 20 əyalətində həyata keçirilib.

 

Bildirilir ki, əməliyyat zamanı "Taliban"ın 2 səhra komandiri məhv edilib, 60 silahlı yaralanıb. Müdafiə Nazirliyi 13 Əfqanıstan hərbçisinin həlak olduğunu təsdiqləyib.

Müəllif | Apa.Tv
Apa.tv