Neftin qiyməti 50 dolları keçdi

Dünya bazarında neftin qiyməti 50 dollar ətrafında sabitləşir.

 

APA TV-nin məlumatına görə, OPEK-in toplantısı ərəfəsində nisbətən ucuzlaşan “Brent” nefti yeni həftəyə yüksəlişlə başlayıb. Birjaların səhər seanslarında “Brent” neftinin bir bareli 50,08 dollardan satılır.

 

Qərbi Texas nefti də dəyərini qorumaqdadır. Hazırda WTİ neftinin bir bareli 49,12 dollardan təklif olunur.

 

Ekspertlər qiymətlərin sabah axşamadək 50 dollar ətrafında dəyişəcəyini ehtimal edirlər. Sabah axşam saatlarında ABŞ-ın neft ehtiyatlarının həcminə dair növbəti hesabat açıqlanacaq. Bu hesabatın neftin qiymətinə pozitiv təsir edə biləcəyi güman olunur. 

Müəllif | Apa.Tv
Apa.tv