Səudiyyə ABŞ və Asiya bazarı üçün neftin qiymətini bahalaşdırdı

"Saudi Aramco" dövlət neft şirkəti Asiya və ABŞ bazarı üçün satılan neftin qiymətini bahalaşdırıb.

 

APA TV-nin məlumatına görə, hökumət bu qərarı bazarlarda davamlı tələbatın olması ilə əsaslandırıb.

 

Səudiyyəlilər Asiya bazarı üçün "Extra Light" markası istisna olmaqla bütün neft sortlarının qiymətini təxminən 60 sent bahalaşdırıblar. ABŞ üçün satılan "Arab Ligth" neftinin qiyməti isə 20 sent bahalaşıb və ümumi qiymət regional səviyyədən 55 sent baha olub.

 

"Qamar Energy" konsaltinq şirkəti hesab edir ki, Çində neftə olan tələbat artmaqdadır, bu səbəbdən Səudiyyə Ərəbistanı qiyməti bahalaşdırmaq siyasəti yürüdür. “Saudi Aramco”nun rəhbəri, Səudiyyənin energetika naziri Xalid əl-Falih bu fikri təsdiqləyib. O bildirib ki, bazarda neftə tələbat stabildir, OPEK üzvü olmayan ölkələrin neft ehtiyatlarının həcmi isə azalmaqdadır. OPEK-də hesab edirlər ki, bu il neftə olan gündəlik tələbat 1,2 milyon barel artacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv