Ermənistanda hərbçilərin avtomobili dərəyə aşdı
Ermənistanın Lori vilayətində avtomobilin aşması nəticəsində hərbi qulluqçular xəsarət alıb.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə Vanadzor-Dilican yolunda baş verib.
Avtomobil yoldan çıxararaq dərinliyi 50 metr olan yarğana yuvarlanıb. Sürücü və sərnişin xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirir.