İqtisadi inkişaf naziri vətəndaşları qəbul etdi
İqtisadi inkişaf naziri Şahin Mustafayev oktyabrın 12-də Göyçay şəhərində Ağdaş, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. Nazir qəbul zamanı vətəndaşların müraciətlərini və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri operativ olaraq yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
APA TV-nin xəbərinə görə, qəbula gələn vətəndaşların müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sosial, işədüzəlmə və digər məsələlər barədə olub. Qəbulda olan sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, istixana təsərrüfatlarının yaradılması, quşçuluq, heyvandarlıq, emal, kiçik istehsal və xidmət sahələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.