Göygöldə avtomobil aşdı: xəsarət alanlar var

Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.

 

Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Müzəffər Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü və sərnişin, Toğanalı kənd sakini, 1938-ci il təvəllüdlü Cəlil Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv