Alman faşistləri: “Məsud Özül yığmadan qovulmalıdır”
Almaniyada elektoratının böyük əksəriyyətini İslam dininə və qaçqınlara qarşı sərt baxışları ilə seçilən PEGİDA üzvlərinin təşkil etdiyi AfD partiyası türk əsilli Məsud Özül və Qana əsilli Jerom Boatengin milli komandadan uzaqlaşdırılmasını istəyir.
APA TV-nin xəbərinə görə, partiyanın həmsədri Frauke Petry Məsud Özilin ötən ay Ümrə ziyarətinə getməsini tənqid edərək, bunu “öz siyasi baxışlarını təşviq etmək” kimi dəyərləndirib. Özilin milli matçlarda Almaniyanın himnini oxumamaqda tənqd edən Frauke bildirib ki, bir çox uşaq və gəncin özünü bənzətmək istədiyi Özilin dövlət himnini oxumaması utandırıcı haldır.
2099-cu ildən Almaniya yığmasının formasını geyinən Özil partiya həmsədrinin açıqlamalarına hələlik cavab verməyib. Lakin “Der Spiegel” qəzeti Almaniya yığma komandasında oyunçularını bir nəfər kimi dövlət himnini oxumaq ənənəsinin olmadığını xatırladıb və bildirib ki, futbolçuların öz inanclarına görə himni oxumaması alışılmış bir haldır.
AfD partiyasının digər həmsədri Aleksandr Gauland isə yığmanın Qana əsilli ulduğu Jerom Boatengi hədəfə götürüb. O bildirib ki, Boateng ilk baxışdan yaxşı insana oxşasa da, insanlar onunla qonşu olmaq istəmir.
Almaniya hökumətinin sözçüsü Steffen Seibert partiya həmsədrinin Boatenglə bağlı fikirlərindən təəssüfləndiyini açıqlayıb. Slovakiya ilə yoldaşlıq görüşündə isə bəzi alman tərəfdarlar “Jerom, bizim yanımıza köç” yazılmış şüarlar qaldırıblar. Yığmanın kapitanı Sami Xedira ifrat sağçı liderin sözlərindən şok olduğunu deyib, müdafiəçi Hovedes isə “Twitter” hesabında “Almaniyanın çempion olmasını istəyiriksə, Boateng kimi qonşulara ehtiyacımız var” yazıb.
Almaniya yığmasının oyunçularına qarşı kampaniyadan sonra AfD partiyasının dəstək faizi 12-dən 2-yə enib.
Xatırladaq ki, futbol üzrə Almaniya yığmasında Boatenglə yanaşı, türk əsilli Əmrə Can və Məsud Özül, əslən alban olan Şkodran Mustafi, mərakeşli Kərim Bellarabi, tunisli Sami Xedira, polyak Lukas Podolski, atası ispan olan Mario Qomes forma geyinir.