Saatlıda dəhşət: ruhi xəstə yanaraq öldü
Saatlıda evdə baş vermiş yanğın zamanı 41 yaşlı kişi yanaraq ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Xanlar kəndində, gecə saat 2.00 radələrində baş verib.
Elektrik xətlərindəki qısaqapanmadan baş verən yanğın zamanı ümumi sahəsi 70 kv. m olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın saat 05:23-də Saatlı Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Yanğın söndürüldükdən sonra ev sahibinin oğlu, 1975-ci il təvəllüdlü Əmirov Elşad Səyyah oğlunun yanmış meyiti aşkar olunub. Qeyd edilir ki, yanğın zamanı ölən şəxs ruhi xəstə olub və evdə tək olub.
Faktla bağlı Saatlı rayon prokurorluğu və FHN tərəfindən araşdırma aparılır.